Rəsmi xronika

Prezident İlham Əliyev Belarus Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri V.Andreyçenkonu qəbul edib

15-11-2011 | 16:55        

  

Prezident İlham Əliyev noyabrın 15-də Belarus Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonu qəbul edib. Belarus Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ölkələrimizin etibarlı və səmimi dostluq münasibətlərindən məmnunluğunu bildirib. Azərbaycana səfəri zamanı paytaxtımızda həyata keçirilən genişmiqyaslı tikinti və quruculuq işlərinin şahidi olduğunu deyən qonaq ölkəmizin əldə etdiyi uğurların onda böyük təəssürat yaratdığını deyib.

Ölkələrimizin siyasi sahədə uğurlu əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib. Prezident İlham Əliyev Belarus Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun Azərbaycana səfərinin parlamentlərarası əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcəyini bildirib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (06.12.2016) :
Qar Gecə : 1+3 | Gündüz: +3+5
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.733 | Satış: 1.803

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.784 | Satış: 1.9029
AzTV TƏQDİM EDİR