Cəmiyyət

Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunu ziyarət edib

15-11-2011 | 16:14        

  

Ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunu ziyarət edib.

Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılan Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir. Tanışlıq zamanı Belarusun Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun başçılıq etdiyi nümayəndə heyətinə məlumat verilib ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrəsidir. Ziyarətçilər ulu öndər  Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxşiş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunan kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilən şəkillərə maraqla baxıb. Qonaqlar Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıblar.