Rəsmi xronika

Prezident İlham Əliyevin Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşüb

28-01-2011 | 19:32        

  


İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.