İqtisadiyyat

“Azərbaycanın aqrar təsərrüfatında, bağçılıq və qida sənayesində investisiyalar, biznes və maliyyələşmə imkanları” mövzusunda aqrar biznes forumu keçirilib

15-11-2011 | 13:32        

  

Bakıda “Azərbaycanın aqrar təsərrüfatında, bağçılıq və qida sənayesində investisiyalar, biznes və maliyyələşmə imkanları” mövzusunda aqrar biznes forumu keçirilib. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Alman-Azərbaycan Məsləhət Şirkətinin təşkilatçılığı ilə keçirilən forumda Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Zaur Qasımov Azərbaycanda əlverişli biznes mühitinin olması, sahibkarlığın inkişafı və ölkə iqtisadiyyatında özəl sektorun xüsusi çəkisinin artımı, aqrar sahənin tərəqqisi, əməkdaşlıq perspektivləri, ikitərəfli görüşlərin əhəmiyyəti barədə məlumat veriblər. Avropa şirkətləri ilə əsasən yem zavodu, istixanaların havalandırma sistemi, meyvə-tərəvəz üçün soyuducu anbar, bağsalma texnikası avadanlığının alınması mövzusunda danışıqlar aparılıb. Biznes forumda Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirliklərinin təmsilçiləri, Almaniya, İngiltərə, Fransa və İtaliyanın aqrar sahə ilə məşğul olan 10-na yaxın şirkət nümayəndəsi və fərdi sahibkarlar iştirak ediblər.