Siyasət

“Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynamaq istəyir”

15-11-2011 | 13:16        

  

Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynamaq istəyir. Bu sözləri Avronest Parlament Assambleyasının həmsədri, Avropa Parlamentinin deputatı Kristian Vigenin Bolqarıstanın “Focus” agentliyinə müsahibəsində deyib. Avropalı deputat bildirib ki, Avropa Komissiyası sədrinin müavini, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Cənubi Qafqaza səfəri qurumun bu regionda, xüsusilə Dağlıq Qarabağ probleminin nizamlanmasında daha fəal rol oynamaq istəyini təsdiqləyir. Bundan başqa, Amerikalı politoloq və tarixçi alim Uilyam Taubman da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunaraq Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu vurğulayıb. Politoloq qeyd edib ki, beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən Dağlıq Qarabağ ermənilərinin Ermənistana birləşmək istəyi separatizm hesab olunur.