Cəmiyyət

CNN telekanalı Azərbaycanla bağlı proqram hazırlayıb

15-11-2011 | 12:12        

  

CNN telekanalı Azərbaycan haqqında  "Azərbaycana nəzər" adlı  beşgünlük proqram hazırlayır. Telelayihə Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, aparılan islahatlardan bəhs edir.

 Dünyanın 200-dən çox ölkəsində yayımlanan CNN telekanalının “Azərbaycana nəzər” proqramı, noyabrın 15-dən 18-dək hər gün Bakı vaxtı ilə saat 20.00-da efirə çıxacaq. Beş gün davam  edəcək proqramda "Bakı Ağ Şəhər" layihəsinə həsr olunan veriliş yayımlanacaq. Həftə ərzində tanınmış telejurnalist Cim Klensinin təqdimatı ilə canlı efirdə müasir Azərbaycanın beynəlxalq arenada imicini formalaşdıran iqtisadiyyat, mədəniyyət, incəsənət və idman sahələrinin əsas aspektləri işıqlandırılacaq. Bununla yanaşı proqramda Azərbaycanın tarixi, əldə etdiyi nailiyyətlərdən söhbət açılacaq. “Avroviziya 2012” müsabiqəsinin hazırlıq işlərinə də xüsusi diqqət ayrılıb. Süjetlərdə Azərbaycana investisiyaların cəlb olunmasından, Qara şəhərin yeni, müasir paytaxt mərkəzinə çevrilməsindən, burada əlverişli sosial-iqtisadi şəraitin formalaşdırılmasından, ekoloji vəziyyətin yaxşılaşdırılmasından bəhs olunacaq. Xatırladaq ki, “Bakı Ağ şəhər” layihəsi “Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın təsdiq olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamı çərçivəsində həyata keçirilir. 

 


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (01.10.2016) :
Buludlu Gecə : +13+15 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR