Cəmiyyət

Sumqayıtın şəhər statusu almasından 69 il keçir

23-11-2018 | 08:43        

  

Azərbaycanın müasir nailiyyətləri ölkəmizin mühüm sənaye mərkəzi olan Sumqayıtın sosial-iqtisadi həyatından da yan keçməyib. Şəhər statusu almasının 69  ilini qeyd edən Sumqayıt  üçün bu tarix qısa zaman kəsiyidir. Amma buna baxmayaraq, Sumqayıtın əldə etdiyi uğurların miqyası genişdir. Sumqayıtın şəhər statusu aldığı 69 ilin inkişaf dövrünə qısaca nəzərə salaq.

1949-cu ilin noyabrın 22-də şəhər statusu verilən Sumqayıt qısa müddətdə böyük sənaye mərkəzinə çevrildi. Yeni müəssisələrin inşasının geniş vüsət aldığı bu şəhər əhalisinin sayı və sahəsinə görə 3-cü böyük şəhərdir. Bu gün respublika iqtisadiyyatında xüsusi çəkiyə malik Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını daha da genişləndirir. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın mühüm sənaye mərkəzlərindən olan şəhər sürətli inkişaf dövrünü yaşayır. Son illər sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı istiqamətində mühüm tədbirlər icra olunub. Əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə yeni müəsisələr tikilib, xeyli sayda iş yeri açılıb. Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkənin ilk sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 74 faiz məskunlaşma qeydə alınıb. İndiyədək 18 sahibkarlıq subyektinə rezident statusu verilib bu layihələrin investisiya dəyəri 2,8 milyard dollardır. Bunun da 2,2 milyard dolları layihələrə yatırılıb. Hazırda mövcud layihələr üzrə istehsalatda və tikintidə 7 minə yaxın işçi çalışır. 

Sumqayıt sakinləri bu diqqət və qayğını dövlət başçısının ötən həftə şəhərə səfəri zamanı bir daha hiss etdilər. Səfər çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksi və Kimya Sənaye Parkının daha 3 müəsəsinin aşılış mərasimlərində iştirak edən dövlət başçısı ictimaiyyət qarşısında çıxışı zamanı bildirdi ki, yüksək standartlara cavab verən  bu müəssisələr ölkənin sənaye potensialnı daha da möhkəmləndirir. Çünki burada istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara ixrac edilir. Bu isə şübhəsiz ki, ölkə iqtisadiyyatının ümumi inkişafına da töhfəsini verir.

Görülən  işlər bununla bitmir! Sumqayıtda ümumilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən  Mərkəz yaradılıb, Ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı salınıb və abidəsi ucaldılıb. Abadlıq quruculuq işləri çərçivəsində 550 yaşayış binasının dam örtüyü yenidən qurulub. Yaşayış binalarında istismar müddəti ötən 310 lift yenisilə əvəzlənib, 200 binanın fasadı yenidən qurulub. Sumqayıtlıların güzəranının yaxşılaşdırılması məqsədilə su, işıq və qaz təchizatı da gücləndirilib. Sumqayıt şəhəri və 2 qəsəbə tam, ev təsərrüfatlarının isə 98,6 faizi qazlaşdırılıb. Yol infrastrukturu da yenidən qurulub. Şəhərin Bakıdan əsas girişi sayılan Sülh prospekti, Novxanı istiqamətindən digər giriş qapısı Sahil prospekti əsalı təmir edilərək genişləndirilib.

Və nəhayət möcüzə kimi görünən Bulvar….Sumqayıt sahillərində belə bir bulvarın salınması ölkəmizdə görülən sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarının ərazisində Bayraq meydanı tikilib. Bundan başqa sahildə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanə inşa edilib. İndi Sumqayıta gələn, Bulvarı gəzən hər bir kəs sözsüz ki, bu şəhərdən xoş təəssurat və sevgiylə ayrılır...

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR