Cəmiyyət

“Abad həyət” layihəsi davam etdirilir

22-11-2018 | 13:16        

  

Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işləri və əhalinin səmərəli istirahəti  xüsusi yer tutur. Görülən işlərin nəticəsi olaraq, son illər ərzində paytaxtda xeyli sayda “Abad həyət” sakinlərin istifadəsinə verilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtda quruculuq işləri  şəhərsalmanın müasir tələblərinə uyğunlaşdırılır. Görülən işlər paytaxtın Xətai rayonundan da yan keçməyib. Məhəllələrdə “nümunəvi həyət”lərin salınması da görülən işlərin tərkib hissəsidir. Son illər ərzində rayon ərazisində müxtəlif parklar, bir sıra binaların qarşısında 30-dan çox yeni “Abad məhəllə” salınıb, mövcud məhəllələr isə yenidən qurulur. Nobel Prospekti, Şirvani küçəsi və digər ərazilərdə sakinlərin ixtiyarına verilən bir neçə “Abad həyət”də də istirahət üçün hər cür şərait yaradılıb. Burada idman və şahmat meydançaları, oturacaqlar, günlüklər, balacalar üçün müxtəlif attraksionlar quraşdırılıb. Bütün bunlar isə sakinlərin eləcə də balacaların asudə vaxtların səmərəli təşkili və onların istirahəti üçün geniş imkan yaradır. Abadlaşdırma layihəsi çərçivəsində bütün binaların fasadları və bloklarda da yenidən qurma işləri həyata keçirilir, dam örtükləri yenisi ilə əvəzlənir. Rayon ərazisində fəaliyyət göstərən bütün qazanxanaların fəaliyyəti bərpa olunub. Məktəblər, bağçalar, inzibati obyektlərdə eləcə də bütün yaşayış massivləri istilik sistemləri ilə tam təhciz edilib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR