Cəmiyyət

Bakıda Azərbaycan Qazaxıstan Gənclərinin forumu keçirilir

21-11-2018 | 15:48        

  

Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu başlayıb. Forum ölkələrimiz arasında gənclər sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması məqsədilə təşkil olunub.

Azərbaycanlı və qazaxıstanlı gənclər arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətləri var. Bu forum isə ötən il Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlığı üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının protokoluna və Aktau şəhərində keçirilən Azərbaycan-Qazaxıstan gənclərinin əməkdaşlığı günü çərçivəsində əldə edilən razılığa əsasən təşkil olunub.

Qazaxıstanın gənclər və idman nazirinin müavini Julduz Omarbekova bildirdi ki, Azərbaycan dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyov və digər görkəmli şəxsiyyətlər bəxş edən diyardır. Azərbaycan Qazaxıstan üçün təkcə strateji tərəfdaş deyil, həm də qardaş ölkədir. Bu baxımdan Azərbaycan-Qazaxıstan Gənclərinin Forumunun mühüm əhəmiyyət daşıdığını bildirən Julduz Omarbekova bu sahədə bir sıra tədbirlərin reallaşdırıldığını da diqqətə çatdırdı. Forumda gənclər arasında birgə layihələrin əhəmiyyətindən, gələcək perspektivlərindən danışıldı. 

Forum işini sessiyalarla davam etdirdi.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR