Cəmiyyət

Sığorta pensiyasının verilməsinə dair məhkəmə aktı olan daha 471 vərəsəyə birdəfəlik ödəmə edilib

21-11-2018 | 14:09        

  

Prezident İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi davam edir. Artıq 281 vərəsinin 150-dən çoxu ödəmə ilə  təmin edilib. Bundan başqa sığorta pensiyasının verilməsinə dair məhkəmə aktı olan daha 471 vərəsəyə birdəfəlik ödəmə edilib.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan Sərdar Məmmədovun qardaşı Sədi Məmmədov dövlət başçısının Fərmanı ilə birdəfəlik ödəmə alan vərəsələrdən biridir. Onun kimi 9531 şəhid ailəsi 11 min manat məbləğində ödəmə ilə təmin olunacaq. Məqsəd şəhid hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirməkdir! Artıq 281 vərəsənin 150-dən çoxu ödəmə ilə təmin edilib. Bundan başqa alavə sığorta pensiyasının verilməsinə dair məhkəmə aktı olan daha 471 vərəsənin də hesabına birdəfəlik ödəmə edilib. Proses uğurla davam etdirilir.

Ödənişlərin həyata keçirilməsində şəffaflığın təmin edilməsinə dair müvafiq qaydalar da hazırlanıb. Bunun üçün vərəsələr şəhidlik statusunun tanınmasına dair bütün sənədləri yalnız bir məkana-“ASAN Xidmət”ə təqdim edirlər. Bu isə həm vaxt itkisinin qarşısını alır, həm də vətəndaşı əlavə əziyyətlərdən xilas edir. Ödəmələr vərəsələrin bank hesabına köçürüləndə isə onlara bildirişlər göndərilir.

Bu həftə isə daha 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinə ödəniş ediləcək. Birdəfəlik ödəmələrin verilməsi gələn ilin sonunadək başa çatdırılacaq. Bu isə bir daha onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan qəhrəman Vətən övladlarının ailə üzvlərinin rifah halının yaxşılaşdırılması məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan tədbirlər son 15 ildə yüksək səviyyədə davam etdirilir. Şəhid ailələrinə, həmin döyüşlərdə əlil olan şəxslərə dövlət qayğısını artırmaq məqsədilə icra olunan proqramlar daha da genişləndirilir. Şəhid ailələrinin mərhələli şəkildə mənzillər, Prezidentin təqaüdü, pensiya və müavinətlə təminatı həyata keçirilir və bu ödənişlər mütəmadi olaraq artırılır. Dövlət başçısının prezident seçkisindən sonra ilk Fərmanı ilə şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi də bu sosial siyasətin tərkib hissədirir.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR