İqtisadiyyat

Aran iqtisadi rayonunda sahibkarlara 1 milyon 791 min manat güzəştli kredit verildi

28-01-2011 | 18:48        

  

İqtisadi İnkişaf Nazirliyinin  Sahibkarlığa Kömək Milli Fondu  “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti  tədbirini Bərdədə keçirib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-dək sahibkar iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə əsas hissəsi SKMF-nun fondunun güzəştli kreditləri hesabına olmaqla Bərdə, Ağcabədi və Ağdam  rayonlarında   bir neçə müəssisənin  fəaliyyəti, bəzi obyektlərin isə tikinti işləri ilə yaxından tanış oldular. “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” adlı tədbirdən sonra Bərdə və ətraf  rayonlarda fəaliyyət göstərən 42 sahibkarlıq subyektinə 1 milyon 791   min   manat güzəştli kreditlər verildi.  Kreditlər hesabına həmin rayonlarda 130-dan  çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə çərçivəsində  sahibkarlar üçün "Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması" mövzusunda treninq keçirildi.

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR