Siyasət

Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin üçtərəfli görüşünün yekunlarına dair protokol imzalanıb

21-11-2018 | 13:28        

  

Noyabrın 21-də Azərbaycanın müdafiə nazirinin, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Bakıda keçirilən üçtərəfli görüşünün yekunlarına dair birgə protokol imzalanıb.

Sənədi Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia imzalayıblar.