Cəmiyyət

“Orel i Reşka” yenidən Bakıda…

19-11-2018 | 10:32        

  

Rusiyanın “Pyatnitsa” telekanalında yayımlanan “Oryol i reşka. Perezaqruzka” verilişinin buraxılışlarından biri Azərbaycana həsr edilib. Verilişdə ölkəmizin turizm potensialı, mətbəxi və mədəniyyəti barədə tamaşaçılara məlumat verilib.

“Pyatnitsa” telekanalında yayımlanan “Oryol i reşka. Perezaqruzka” verilişinin Azərbaycana həsr edilən  buraxılışı Heydər Əliyev aeraportundan başlayıb. Aparıcılar Nastiya İvleyeva və Yevsey Kovalevin elə buradan başlayan təəccüb dolu təssüratları bütün verliş boyu davam edib. Azərbaycan mədəniyyətindən, mətbəxindən, tarixi məkanlarından söhbət açan hər iki aparıcı izləyicilərinə müasir Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğu barədə geniş məlumat verirlər. Azərbaycanın qonaqsevər olduğunu deyən aparıcılar deyir ki, hər kəsin məmnuiyyətlə kəşf edə biləcəyi bu turizm ölkəsinin təkcə paytaxtında deyil, bir çox yerində görməli məkanlar kifayət qədərdir. Palçıq vulkanları, Qobustan qayalıqları və Lahıç haqqında məlumatlar da verlişdə əksinin tapıb. Bu, “Oryol i reşka”nın ölkəmizdə ilk çəklişləri deyil. Bundan əvvəl verlişin daha üç buraxlışı Azərbacana həsr edilib.