Rəsmi xronika

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

14-11-2011 | 18:50        

  

Noyabrın 14-də Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Dövlət İqtisad Universiteti və Sofiya Milli və Dünya Təsərrüfatı Universiteti arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev və Bolqarıstan Prezidentinin təhsil, elm və iqtisadi inkişaf məsələləri üzrə müşaviri, Sofiya Milli və Dünya Təsərrüfatı Universitetinin rektoru Borislav Borisov imzalayıblar.
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Bolqarıstan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Bolqarıstanın xarici işlər nazirinin müavini Konstantin Dimitrov imzalayıblar.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Bolqarıstanın əmək və sosial siyasət naziri Totyu Mladenov imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında Saziş”i Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov və Bolqarıstanın informasiya təhlükəsizliyi üzrə dövlət komissiyasının sədri xanım Tsveta Markova imzalayıblar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (06.12.2016) :
Qar Gecə : 1+3 | Gündüz: +3+5
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.733 | Satış: 1.803

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.784 | Satış: 1.9029
AzTV TƏQDİM EDİR