İqtisadiyyat

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfrans keçirilib

16-11-2018 | 13:35        

  

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfrans keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.

“Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq”  adlı beynəlxalq elmi konfransın keçirilməsində məqsəd bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetləri müəyyənləşdirməkdir. Konfransda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirdi ki, ətraf mühit probelməlri sərhəd tanımır. İnsan məskunlaşmaları nəticəsində 40 faiz  vəhşi mühit məhv edilib. Ekosistemin deqradasiyası göz önünədir. Azərbaycanda həm quru, həm də sudakı canlıların bərpası ilə bağlı mühüm işlərin görülüyünü qeyd edən Leyla Əliyeva Qafqaz bəbiri, ceyran və nərə balığının artırılması ilə bağlı həyata keçirilən tədbirləri xatırlatdı. Diqqətə çatdırdı ki, məqsəd bütün təşəbbüsləri dəstəkləmək, təcrübələri bölüşməkdir. Azərbaycanda ceyranların sayı 600-dən 6000-ə qədər artırılıb və bu proses hazırda davam edir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də toxunan Leyla Əliyeva xeyli sayda insanın təbitəin mühafizəsi ilə bağlı çağırışlara qoşulduqalarını dedi. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev isə bildirdi ki, Azərbaycanda  24 yasaqlıq, 10 Milli Park, 10 qoruq fəaliyyət göstərir. Qoruqlarda antropogen fəaliyyətə icazə verilmir, ərazidə olan bütün təbii landşaftlar qorunur və elmi təcrübə mərkəzi kimi istifadə edilir. Biomüxtəlifliyin qorunması üçün Qızılağaç  Milli Qoruğu  yaradılıb, Zaqatala-Balakən biosfer qaoruğunun yaradılması üçün isə əsaslı işlər görülür. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili qeyd etdi ki, ölkəsində 9 % ərazi  xüsusi mühafizə ərazisi sayılır.

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.