Cəmiyyət

Dünyanın 7 təbii möcüzəsi

14-11-2011 | 18:43        

  

Dünyanın 7 təbii möcüzəsinin siyahısı tərtib olunub.  İnternet vasitəsi ilə 100 milyon insanın qatıldığı səsvermənin nəticələrinə görə  bu siyahıya Vyetnamın Halonq körfəzi, Argentina və Braziliyada  yerləşən İquazu Şəlaləsi, Cənubi Koreyanın Jeju adası, İndoneziyanın Komodo adası, Cənubi Afrikanın  Stol dağları,  Filippinin Puerto Prinsesa yeraltı çayı  və Amazon meşələri daxil edilib.  İki il ərzində davam edən virtual sorğuya Dünyanın  bir çox ölkəsindən    iştirakçı qatılıb. Sesvermənin  rəsmi nəticələri isə  bütün səslər  yoxlanıldıqdan sonra 2012-ci ilin əvvəllərində açıqlanacaq.