Xarici xəbərlər

Emmanuel Makron reytinqinin azalmasından şikayətlənib

15-11-2018 | 15:04        

  

Fransa prezidenti Emmanuel Makron TF1 kanalına müsahibəsində son vaxtlar gündəmdə geniş müzakirə olunan məslələrə aydınlıq gətirib. ABŞ prezidenti Donald Trampın Fransa barədə bəyanatlarına toxunan dövlət başçısı qeyd edib ki, Avropa İttifaqının müdafiə sahəsində müstəqilliyi prioritet məsələdir. Makron qeyd edib ki, müttəfiqlər arasıdna qarşılıqlı hörmətin olması zəruridir. Müttəfiqlik vassal olmaq anlamına gəlmir. Son həftələrdə reytinqi geriləyən Makron ona qarşı etimadsızlıqdan da şikayətlənib. 

Emmanuel Makron  - Fransa Prezidenti: 

- Mən seçildikdən sonra bunu edə bilmədim. Fransız xalqını öz rəhbərləri ilə barışdıra bilmədim. Bu həqiqətdir. 

Makron xalqı hakimityyətin ətrafında birləşməyə çağırıb.