Digər

Bakı ətrafı qəsəbələrdə yeni qaz xətlərinin çəkilişi və bərpası işləri gücləndirilib

14-11-2011 | 18:25        

  

 Qış mövsümünə hazırlıqla bağlı Bakı ətrafı qəsəbələrdə yeni qaz xətlərinin çəkilişi və bərpası işləri gücləndirilib. Abşeron rayonunda da istər magistral və istərsə də daxili qaz xətlərinin çəkilməsi prosesi uğurla həyata keçirilir.

Paytaxta yaxın rayonlardan biri sayılan Abşeronda qışa hazırlıqlarla bağlı bütün istiqamətlərdə işlər, o cümlədən qaz xətlərinin çəkilişi prosesi daha da gücləndirilib. Son doqquz ay ərzində rayonun Xırdalan, Masazır ,Saray ,Qobu, Mehdiabad, Novxanı, Fatmayı  və digər qəsəbələrinə 200 km uzunluğunda qaz xətləri çəkilib. İlin sonunadək bu xətlərin 300 km-ə çatdırılacağı nəzərdə tutulub. Bundan əlavə rayon qaz istismar sahəsinin texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Qeyd edək ki, müxtəlif diametrli qaz xətlərinin çəkilməsi ilə yanaşı, yeni sayğacların quraşdırılması işi də uğurla həyata keçirilir.