Rəsmi xronika

Bolqarıstan Prezidenti Georgi Pırvanovun rəsmi qarşılanma mərasimi

14-11-2011 | 16:19        

  

Noyabrın 14-də  respublikamızda rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Georgi Pırvanovun rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.  Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Georgi Pırvanovu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidenti Georgi Pırvanova raport verib.  Bolqarıstan və Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.Azərbaycanın dövlət və hökumət nümayəndələri Bolqarıstan Prezidenti Georgi Pırvanova, Bolqarıstan nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Azərbaycanın  Prezidenti İlham Əliyev və  Bolqarıstan Prezidenti Georgi Pırvanov rəsmi foto çəkdiriblər.