Cəmiyyət

Türkiyənin ölkəmizdəki səfirliyində media nümayəndələri ilə görüş olub

08-11-2018 | 15:35        

  

Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycanın media nümayəndələri ilə görüş olub. Səfir Erkan Özoral ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən, bu münasibətlərin daha geniş təbliği istiqamətində media işçilərinin fəal rolundan danışıb. Bildirilib ki, Azərbaycan mətbuatı Türkiyə ilə bağlı bütün hadisələri daim diqqətdə saxlayır, ölkə barədə obyektiv informasiyalar çatdırır. İki ölkənin mətbuat nümayəndələrinin  Ankara və Bakıda qarşılıqlı görüşlərinin vacibliyi vurğulanıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, səfirlikdə Azərbaycanın media nümayəndələri ilə görüşlərin  mütəmadi keçirilməsi xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.