Siyasət

Ermənistanın gələcəyi sual altındadır

08-11-2018 | 14:03        

  

“Azərbaycanın  MDB, Türkiyə, Ərəb, Şərqi və Asiya ölkələri ilə qarşılıqlı əlaqələri inkişaf edir. Bunun fonunda isə işğalçı Ermənistan dövləti özünün təcrid siyasətini davam etdirir”. Bu barədə məlumat Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin regionda və dünyada baş verən ictimai-siyasi proseslərin analitik təhlilində yer alıb.  Mərkəzin sədri Mübariz Əhmədoğlunun sözlərinə görə, son bir ay işğalçı ölkədə kifayət qədər gərgin keçib. Ölkədə parlament buraxılaraq növbədənkənar seçki elan olunub. Politoloqun sözlərinə görə, Ermənistanın hazırki vəziyyəti gələcəyinin sual altında olduğunu göstərir.