Mədəniyyət

Xalça Muzeyində Dövlət Bayrağı və Cümhuriyyətin 100 illiyinə həsr olunan V Milli Filateliya sərgisi açılıb

08-11-2018 | 14:00        

  

Xalça Muzeyində Dövlət Bayrağı və Cümhuriyyətin 100 illiyinə həsr olunan  V Milli Filateliya sərgisi açılıb. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə sərginin Azərbaycan filateliyasının, kolleksiyaçılığın tarixində yeni mərhələ olacağına inandığını deyib. Tədbirin məqsədi müasir Azərbaycan dövlətçiliyinin yaranma və inkişaf tarixini, Cümhuriyyətin və Dövlət bayrağının 100 illiyinin təntənəli keçirilməsində Dövlət rəmzlərinin aliliyi və əhəmiyyətinin filateliya, filakartiya və numizmatika materialları vasitəsilə göstərmək və təbliğ etməkdir. Sərgidə ilk dəfə olaraq "Azərbaycan xanlıqlarının pul dövriyyəsi tarixi" adlı kolleksiya nümayiş olunub. Ümumilikdə isə sərgidə 7 nominasiya üzrə müxtəlif dövrü əhatə edən eksponatlar təqdim edilir.