İqtisadiyyat

ABŞ-ın Boston şəhərində “Birləşmiş Ştatlar- Xəzər innovasiya” sammiti keçirilib

08-11-2018 | 11:27        

  

Xəzər Siyasət Mərkəzi və ABŞ ticarət palatası tərəfindən təşkil edilən tədbirdə ABŞ dövlət qurumları, akademik təşkilatlar, beynəxalq maliyyə institutları və işgüzar dairələrinin nümayəndələri iştirak ediblər. Azərbaycan, Əfqanıstan, Gürcüstan , Qazaxıstan, Türkiyə və Türkmənistanın səfirlikləri də bu sammitin təşkilatçılarıdır.

Sammitdə Bostonda və Xəzər regionunda innovasiyalar sahəsində əldə edilən nailiyyətlər, qarşılıqlı əlaqəli proseslər, elmi tədqiqatlar və ixtiralar təhlil olunub. Trans-Xəzər dövlətlərində innovasiya və sahibkarlıq üzrə iqtisadi sistemin reallaşdırılması və genişləndirilməsi istiqamətində tələblər, qoyulan müddətlər və sərmayə imkanları müəyyən olunub.

Sammitdə “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi”, Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar parkının təmsilçiləri öz sahələrində əldə edilən nailiyyətlər və gələcək planlar barədə məruzələrlə çıxış ediblər.

Panel iclaslarında dövlət sektoru, həmçinin akademik dairələr arasında qarşılıqlı fəaliyyətin lokal, regional və qlobal səviyyədə genişləndirilməsi imkanları müzakirə edilib.