Siyasət

Avronest Parlament Assambleyasının həmsədri K.Vigenin:“Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynamaq istəyir”

14-11-2011 | 16:08        

  

“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynamaq istəyir”. Avronest Parlament Assambleyasının həmsədri, Avropa Parlamentinin deputatı Kristian Vigenin bildirib ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Cənubi Qafqaza səfəri qurumun bu regionda, xüsusilə dondurulmuş münaqişələrin, Dağlıq Qarabağ probleminin nizamlanmasında daha aktiv rol oynamaq istəyini təsdiqləyir. Dağlıq Qarabağ münaqişəsi uzun illərdir gərgin atmosfer yaratmaqda davam edir. Mənə elə gəlir ki, Avropa İttifaqının daha istəkli səyləri vəziyyəti dəyişə bilər,- deyə Vigenin söyləyib. Qeyd edək ki, Ketrin Eşton noyabrın 15-17 Cənubi Qafqaz ölkələrində səfərdə olacaq. 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (06.12.2016) :
Qar Gecə : 1+3 | Gündüz: +3+5
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.733 | Satış: 1.803

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.784 | Satış: 1.9029
AzTV TƏQDİM EDİR