Rəsmi xronika

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının enerji, ətraf mühit, rabitə və nəqliyyat nazirini qəbul edib

14-11-2011 | 16:03        

  

 

Prezident İlham Əliyev noyabrın 14-də İsveçrə Konfederasiyasının enerji, ətraf mühit, rabitə və nəqliyyat naziri xanım Doris Loytardı qəbul edib.
Dövlətimizin başçısı İsveçrə Konfederasiyasının enerji, ətraf mühit, rabitə və nəqliyyat nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından yaxşı imkan yaradacağını deyib.
İsveçrəli nazir Azərbaycana ilk səfərindən məmnunluğunu bildirib. Ölkəmizdə infrastruktur layihələrinə böyük həcmdə sərmayə qoyulması ilə bağlı məlumatlı olduğunu deyən qonaq iqtisadiyyatın inkişaf etdirilməsi üçün bunun əsas amil olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR