Rəsmi xronika

Prezident İlham Əliyev Latviyanın iqtisadiyyat nazirini qəbul edib

14-11-2011 | 16:01        

  

 

Prezident İlham Əliyev noyabrın 14-də Latviya Respublikasının iqtisadiyyat naziri Daniels Pavlutsu qəbul edib.Nazir Daniels Pavluts Latviyanın yeni hökumətinin ilk nümayəndəsi kimi Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, təmsil etdiyi yeni hökumətin Azərbaycan ilə əməkdaşlığı bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Son illər ölkələrimiz arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayan latviyalı nazir əməkdaşlığımızın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın Latviya ilə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi işində maraqlı olduğunu deyib. Dövlət başçılarının uğurlu qarşılıqlı səfərlərinin yaxşı nəticələr verdiyini vurğulayan Prezident İlham Əliyev son illər münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini bildirib. Əməkdaşlığın genişləndirilməsi ilə bağlı müəyyən olunmuş istiqamətlər üzrə, xüsusilə ticarət sahəsində bir çox investisiya layihələrinin müzakirə edildiyini deyən dövlətimizin başçısı Latviyanın yeni hökuməti ilə də ölkəmizin uğurlu əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (30.09.2016) :
Yağış Gecə : +13+15 | Gündüz: +18+20
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR