İqtisadiyyat

İsveçrənin energetika, ətraf mühit, rabitə və nəqliyyat naziri Azərbaycanda səfərdədir

14-11-2011 | 16:00        

  

Sənaye və energetika nazirliyində İsveçrənin Energetika, Ətraf mühit, Rabitə və nəqliyyat nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə enerji sahəsinə dair müzakirələr aparılıb.

Sənaye və energetika naziri Natiq Əliyev Azərbaycan və İsveçrə arasında istər diplomatik, istərsə də iqtisadi əlaqələrin yüksək templə inkişaf etdiyini bildirib. Enerji sahəsində də birgə layihələrin olduğunu deyən nazir, bu əlaqələri daha da inkişaf etdirmək üçün belə görüşlərin keçirilməsinin vacib olduğunun qeyd edib. Nazir Azərbaycanda bütün sahələrdə olduğu kimi enerji sahəsində də uğurlu siyasət həyata keçirdiyini deyərək son dövrlərdə qazanılan uğurlardan da danışıb. İsveçrənin federal kansleri, Energetika, Ətraf mühit, rabitə və nəqliyyat naziri Doris Loytard əvvəlcə görüş iştirakçılarını Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə təbrik edib. Azərbaycanla İsveçrə arasında mövcud əlaqələrin yüksək templə inkişaf etdiyini deyən xanım Loytard bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyinə ümid etdiyini qeyd edib. Doris loytard hazırda İsveçrənin xam neft idxal etdiyi ikinci ən etibarlı partnyorunun Rəsmi Bakı olduğunu vurğuladı və gələcəkdə Azərbaycandan qaz idxal etmək üçün danışıqlar aparılmasında maraqlı olduqlarını bildirib.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (30.09.2016) :
Yağış Gecə : +13+15 | Gündüz: +18+20
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR