Xarici xəbərlər

Yaponiyada Fukusima-1 AES-da bərpa işləri davam etdirilir

14-11-2011 | 15:40        

  

Yaponiyada Fukusima-1 AES-da bərpa işləri davam etdirilir. Mütəxəssislər isə stansiyanın sökülməsinə illərin tələb olunduğunu deyirlər. Yaponiyanın Atom energetikası üzrə milli komissiyanın məruzəsinə əsasən qəzalı Fukusima -1 AES-nın tam sökülməsinə yalnız 30 ildən sonra başlana bilər. Stansiyanın 3 reaktorunda isə nüvə yanacağının əriməsi qeydə alınıb. Yaponiya hökuməti stansiyanın operatoru Tokio elektrik pauer şirkətinə bu ilin sonuna qədər Fukusima-1 AES-nın qəzalı reaktorlarının demontaj qrafikini hazırlamağı tapşırıb. Şirkət rəsmiləri isə bildirir ki,  4 reaktorundan işlənmiş nüvə yanacağını daxili hovuzlara keçirtmək üçün 3 il vaxt lazım olacaq. Atom energetikası üzrə milli komissiyanın məruzəsində o da bildirilib ki, bu müddət ərzində reaktorların soyuq dayanacağını təmin etmək lazımdır.  Mütəxəssislər hesablamalarına görə, qəzalı 1, 2 və 3-cü reaktorların daxilində ərimiş yanacağı təmizləmək üçün 10 il vaxt lazım olacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR