Siyasət

Kaliforniyada “Qlobal Citizens Plaza” meydanında Azərbaycan Dövlət Bayrağı ucaldılıb

14-11-2011 | 15:09        

  

Kaliforniyada SSRİ-nin süqutundan sonra müstəqil dövlətlərin yaranmasının 20 illiyinə həsr olunan  konfrans keçirilib. Həmçinin “Qlobal Citizens Plaza” meydanında  Azərbaycan Dövlət Bayrağı ucaldılıb.

Kaliforniyanın  Chapman Universitetində keçirilən konfransda tanınmış  siyasi analitiklər, region ölkələri üzrə ixtisaslaşmış mütəxəssislər çıxış edərək, Sovet İttifaqının süqutundan sonra yaranan yeni dövlətlərin 20 illik müstəqillik tarixinə nəzər salıb, bu ölkələrin Avro-Atlantik strukturlara inteqrasiya siyasəti, iqtisadi cəhətdən təhlükəsizliyinin və inkişafının təmin edilməsində onların oynadıqları rolu qiymətləndirib. Müxtəlif mövzular haqqında danışan natiqlər Azərbaycanın regionda iqtisadi və siyasi cəhətdən lider ölkəyə çevrilməsi, beynəlxalq aləmdə özünü tam müstəqil ölkə kimi isbat etdiyini qeyd ediblər.

Konfransda Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dinlər və mədəniyyətlərarası dialoqun təşviq edildiyi, təhlükəsizlik, terrorizmlə mübarizədə Azərbaycanın Qərblə əməkdaşlığının dərinləşməsi  xüsusi olaraq vurğulanıb. Tədbir iştirakçıları müstəqilliyini möhkəmlətməyə çalışan dövlətlərdən fərqli olaraq, Ermənistanın müstəqil siyasi qərarlar verə bilmədiyi, apardığı destruktiv  siyasətin regionun Avro-Atlantik strukturlara inteqrasiyasına, həmçinin regionun ümumi inkişafına mənfi təsir göstərdiyini bildiriblər.

Azərbaycan Respublikasının ABŞ-a yeni təyin olunan Fövqəladə və Səlahiyyətli Səfiri Elin Suleymanov Azərbaycan Respublikasının Los Anceles şəhərində Baş konsul fəaliyyəti dövründə Chapman Universiteti və ümumiyyətlə Kaliforniyanın aparıcı akademik heyəti ilə əməkdaşlığına görə  “Beynəlxalq Əməkdaşlıq üzrə Benjamin Franklin Medalı” ilə təltif olunub. Mükafat çatdırılması üçün Baş konsul vəzifəsini icra edən Ramil Qurbanova təqdim edilib.

Chapman Universitetinin qarşısında dünya xalqlarının mədəniyyətini tərənnüm edən bayraq  meydanında  63 ölkənin bayrağı ucalır.  “Qlobal Citizens Plaza” meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağının yüksəldilməsi mərasimi keçirilib.  Azərbaycan Dövlət Himninin sədaları altında Azərbaycan Dövlət Bayrağı ucaldılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (02.12.2016) :
Yağış Gecə : 3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7318 | Satış: 1.801

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.7901 | Satış: 1.9094
AzTV TƏQDİM EDİR