Xarici xəbərlər

Dünyanın bir sıra ölkələrində etiraz aksiyaları keçirilir

14-11-2011 | 15:07        

  

ABŞ-da etiraz aksiları səngimir. “Wall Streeti zəbt et” hərəkatına dəstək olaraq Missuri, Pensilvaniya, Yuta və Ariqon ştatlarında da nümayişlər keçirilib. İspaniyada etiraz aksiyalarına start verilib. Aksiyaçılar ölkədə sosial islahatların aparılmasını tələb edir. Portuqaliyada da hökumət əleyhinə etirazlar olub.

Amerikanın  Ariqon ştatında “Portlendi zəbt et” hərakının iştirakçıları şəhər parkında çadırlar quraraq hökumətə qarşı şüarlar səsləndirib. Nümayişçilər hökumətdən banklara maliyyə vəsaiti ayırmaqdansa ölkədə işsizliyə son qoymağı tələb edirlər. Aksiyaların qarşısını almaq üçün əraziyə çox sayda polis qüvvələri cəlb olunub. Asayiş keşikçiləri etirazçılardan parkın ərazisini tərk etməyi tələb etsələr də nümayişçilər aksiyalarını davam etdirəcəklərini bildiriblər. Nəticədə polislə etirazçılar arasında qarşıdurma da baş verib. Asayiş keşikçiləri aksiyaçıları dağıtmaq üçün rezin dəyənəklərdən istifadə edib, onlarla insan həbs olunub.  Xatırladaq ki, artıq bir aydan çoxdur ki,  ABŞ-nın müxtəlif ştatlarında keçirilən etiraz aksiyalarında nümayişçilər  hökumətdən ölkədəki  işsizliyi aradan qaldırmağı tələb edirlər. Burkinqs institutunun araşdırmalarına əsasən Amerikanın hər 15 vətandaşından biri ehtiyac içində yaşayır. İspaniyada da etiraz aksiyaları keçirilib. Təkcə paytaxt Madridin   küçələrinə 10 minə yaxın insan  axışıb.  Nümayişçilər hökumətdən bank və sosial sahələrdə islahatların aparılmasını tələb edirlər. Etirazçılar Prado muzeyindən başlayaraq şəhər meriyasının qarşısına yürüş edərək Puerta del Sol meydanına toplaşıblar. Aksiyaçılar həmçinin təhsil, səhiyyə ödənişlərinin azaldılması və ölkədə işsizliyə son qoyulmasını tələblərini irəli sürüblər.   Qeyd edək ki, İspaniyada işsizliyin səviyyəsi Avropa ölkələri üçün rekord göstərici 21,5 faiz  təşkil edir. Partuqaliyada da etiraz aksiyaları keçirilib.  Minlərlə insan Lissabon küçələrinə çıxıb.  Nümayişçilər hökumətin sərt iqtisadi tədbirlər planına etiraz edirlər. Aksiyaçılar həmçinin büdcə xərclərinin azaldılması planına qarşı çıxırlar. Etirazlara dövlət müəssisələrində çalışanlarla yanaşı  polis və hərbiçilər də qatılıb. Aksiyaçılar Paytaxt Lissabonun mərkəzində yerləşən Restauradoriş meydanından Avenida da Liberdade küçəsi boyu yürüş ediblər. Portuqaliya Maliyyə Nazirliyinin binası qarşısında da aksiya keçirilib. Xatırladaq ki, Portuqaliya parlamenti noyabrın 11-i  2012 ci il üçün büdcə xərcləri ilə bağlı planı təsdiqləyib. Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu ilə razılaşdırılan plan vergilərin artırılmasını, iş yerlərinin ixtisarını və dövlət müəssisələrində çalışanların maaşlarının azaldılmasını nəzərdə tutur. Plana əsasən rəsmi iş saaatı 30 dəqiqə artırılacaq, min avro maaş alan şəxslərin bonusları kəsiləcək. Portuqaliya hökuməti sosial ehtiyaclar üçün nəzərdə tutulan büdcə xərclərini, ümumdaxili məhsuldan azaldaraq 2014-cü ilə qədər 43 faizə çatırmağı planlaşdırır. Hazırda isə bu göstərici 50, 6 faiz təşkil edir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (30.09.2016) :
Yağış Gecə : +13+15 | Gündüz: +18+20
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR