Cəmiyyət

Latviyanın iqtisadiyyat naziri D.Pavluts Azərbaycanda işgüzar səfərdədir

14-11-2011 | 14:06        

  

Latviya Respublikasının İqtisadiyyat naziri Daniel Pavlutsun başcılıq etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Qonaq Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında olub.

Latviya Respublikasının İqtisadiyyat naziri Daniel Pavlutsun başcılıq etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb. Daniel Pavlutsun başcılıq etdiyi nümayəndə heyəti daha sonra Şəhidlər Xiyabanında vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarında keçən oğul və qızlarımızın məzarlarını ziyarət edib, “Əbədi Məşəl” kompleksi önünə əklil qoyublar. Daha sonra qonaqlar paytaxt Bakının mənzərəsini seyr ediblər. Onlara şəhərimizdə aparılan abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib. 

Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Latviya və Azərbaycan hökuməti arasında ümumi ticarət dövriyyəsinin həcmi 23.5 milyon dollar təşkil edib. Buda ötən ilin analoji dövri ilə müqayisədə 3.5 dəfə oxdur.