Rəsmi xronika

Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Prezidenti P.Şmitin şərəfinə rəsmi ziyafət verilib

11-11-2011 | 16:35        

  

Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Prezidenti Pal Şmitin şərəfinə rəsmi ziyafət verilib. Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını və nümayəndə heyətini Azərbaycanda bir daha salamlayıb. Bildirib ki, bu səfər ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında yeni mərhələ olacaq. Səfər çərçivəsində aparılan müzakirələrin faydalı olduğunu deyən Prezident İlham Əliyev onu da qeyd edib ki, 2008-ci ildə Macarıstana etdiyi dövlət səfərindən keçən dövr ərzində əlaqələr daha da inkişaf edib, qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Dövlət başçısı macar və Azərbaycan xalqları arasındakı münasibətlərin qədim tarixinin olduğunu da diqqətə çatdırıb. Son illərdə ticarət dövriyyəsində artımın müşahidə olunduğunun deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmizin xarici siyasətində Avropa İttifaqı və Avroatlantika strukturLarı ilə əməkdaşlıq mühüm yer tutur. Dövlət başçısı onu da vurğulayıb ki, bu gün Azərbaycan regionun əsas iqtisadi mərkəzlərindən biridir və Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, Azərbaycan regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına çalışır. 

Macarıstan Prezidenti Pal Şmit onu ölkəmizə səfərə dəvət etdiyinə görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Bu səfər dostluq münasibətlərinin səviyyəsini daha yüksək səviyyəyə qaldırır. Pal Şmit: “Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixi uzaq keçmişə təsadüf edir və həmin vaxtlardan etibarən hər iki millət hunlar, skiflər, xəzərlər kimi eyni toplunun bir hissəsi olaraq ümumi qədimi irsə malikdirlər və qan qohumluğu, mədəniyyət və dilçilik sahəsində oxşarlıqlar bizi bir-birimizə bağlayır. Gələn ilin avqust ayında Macarıstanda keçiriləcək Millətlər Məclisinin 4-cü Qurultayı həmin qan qohumluğun mühüm təzahürü olacaq və biz həmin tədbirdə Azərbaycan xalqının da nümayəndələrini gözləyirik”.

 “Xalqlarımız və dövlətlərimiz tarixən bir-birinə hörmətlə yanaşıblar” deyən Macarıstanın dövlət başçısı bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında intensiv dialoq yaranıb və ikitərəfli əməkdaşlıqda ciddi nəticələr əldə  edilib, bir sıra yüksək səviyyəli rəsmi səfərlər baş tutub, əsas qanunvericilik bazası yaradılıb, bununla da Azərbaycan Macarıstanın Cənub Qafqaz regionunda strateji tərəfdaşına çevrilib. Macarıstanın Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti və davamlı şəkildə sadiq olduğunu deyən Pal Şmitt regiondakı dondurulmuş münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. “Sizi əmin edirəm ki, Macarıstan Azərbaycanın Avratlantik inteqrasiyasına yönəlmiş səylərinə böyük dəstək verir. Biz Sizin adət-ənənələrinizə və dəyərlərinizə hörmətlə yanaşırıq. Biz Azərbaycanı regionda ən inkişaf etmiş dövlət hesab edirik. Bizim üçün Azərbaycan regionda yaxın dost və mühüm tərəfdaşdır”. “Bu səfər mədəniyyət, təhsil və elm sahəsində mövcud  münasibətləri daha da dərinləşdirmək üçün yaxşı fürsətdir” deyən  Macarıstan Prezidenti əmin olduğunu bildirdi ki, ölkələrimiz iqtisadiyyat, ticarət və enerji sahəsində əlaqələri dinamik şəkildə inkişaf etdirmək üçün yaxşı potensiala malikdir. Sonda Macarıstanın dövlət başçısı xalqımıza firavanlıq, ölkənizə sülh və çiçəklənmə arzulayıb.

 

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (06.12.2016) :
Qar Gecə : 1+3 | Gündüz: +3+5
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.733 | Satış: 1.803

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.784 | Satış: 1.9029
AzTV TƏQDİM EDİR