İqtisadiyyat

Azərbaycan və Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə hökümətlərarası Komissiyasının 2-ci iclası keçirilib

11-11-2011 | 16:10        

  

Azərbaycan və Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə hökümətlərarası Komissiyasının 2-ci iclası keçirilib. İclasda cari ilin ilk 9 ayı ərzində Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfə artdığı bildirilib.

İqtisadi İnkişaf Naziri Şahin Mustafayev iki ölkə arasında siyasi, iqtisadi  və mədəni əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.  Nazir ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, biznes ve investisiya mühitinin daha da yaxşılaşdırılması  istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verib. Qeyd olunub ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir. Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi, hökumətlərarası komissiyasının həmsədri Roza Nad ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Sonda Azərbaycan və Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. İclas çərçivəsində, həmçinin Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Macarıstanın Ticarət və Lisenziyalaşdırma İdarəsi arasında metrologiya sahəsində texniki əməkdaşlıq haqqında Anlaşma Memorondumu da qəbul olunub.