Cəmiyyət

“Dünyada ilk dəfə viza alan “Süni intellekt” Humanoid Sophia Prezidentlə danışır”

29-10-2018 | 10:51        

  

Dünyanın ən nüfuzlu “Forbes” internet jurnalında Paul Armstrongun müəllifliyi ilə “Dünyada ilk dəfə viza alan “Süni intellekt” Humanoid Sophia Prezidentlə danışır” başlıqlı yazı dərc olunub.

Dünyanın ən nüfuzlu “Forbes” internet jurnalında Paul Armstrongun müəllifi olduğu Humanoid Sophianın Bakıya səfərindən yazıb. Dünyada ilk dəfə viza alan “Süni intellekt” Humanoid Sophia Prezidentlə danışır” başlıqlı yazıda Sofiya robotunun ağıllı texnologiyaların tətbiqi ilə Bakının Beynəlxalq Hava Limanında 2 dəqiqə ərzində viza əldə etdiyi vurğulanır. Qeyd olunur ki, Sofiya robotu prezident İlham Əliyevlə söhbəti zamanı Bakı memarlığı haqqındakı düşüncələrini bölüşüb. Sofiya, həmçinin “ASAN” təşəbbüsünü dəstəklədiyini və yüksək qiymətləndirdiyini də bildirib. Eyni zamanda məqalədə səfərin əsasən iki məqam ilə yadda qaldığı xüsusi ilə vurğulanıb. “ASAN”ın vətəndaşların həyatını asanlaşdırmaq üçün elektron və kiber texnologiyalardan istifadə etdiyi və Hanson Roboticsin süni intellektinin yalnız ona verilən vəzifələrlə kifayətlənməyəcəyini, həmçinin insanlarla sərbəst ünsiyyətdə ola bilmək kimi bacarıqlarının da olduğu diqqətə çatdırılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2019) :
Sulu qar Gecə : +2+4 | Gündüz: +4+6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR