Rəsmi xronika

Azərbaycan və Macarıstan Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

11-11-2011 | 13:20        

  

 

Noyabrın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstan Respublikasının Prezidenti Pal Şmitt mətbuata bəyanatlarla çıxış ediblər .

Prezident İlham Əliyev Macarıstan Prezidenti Pal Şmitin ölkəmizə ilk rəsmi səfərinin tarixi xarakter daşıdığını deyib. Azərbaycanın dövlət başçısı bugünkü danışıqlar zamanı  aparılan müzakirələrin Macarıstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdiyini söyləyib. Ölkələrimiz arasında siyasi əlaqələrin sınaqdan keçdiyini, dövlətlərimizin beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini  vurğulayan Prezident İlham Əliyev iqtisadi sahədə də səmərəli əməkdaşlıq üçün yaxşı potensialın olduğunu söyləyib və bildirib ki, bugünkü danışıqların gedişində  regional təhlükəsizlik məsələləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə mövzularından biri olub. Azərbaycanın dövlət başçısı vurğuladı ki, münaqişə öz  həllini yalnız beynəlxalq hüquq normaları əsasında tapmalıdır. Prezident İlham Əliyev müzakirə mövzularından birinin  də  energetika sahəsində əməkdaşlıq məsələsi olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Macarıstanın bütün dövrlərdə bu əməkdaşlığa dəstək verdiyini də söyləyib. Azərbaycanın dövlət başçısı Macarıstanın dövlət başçısı ilə görüşü zamanı mədəniyyət və  humanitar sahədə əlaqələrin də  diqqət mərkəzində olduğunu deyib. “Biz Macarıstanla əməkdaşlığa böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyev bir daha Macarıstan prezidentini ölkəmizə səfərinin 2 ölkə arasında əlaqələrin genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

 

Macarıstan Prezidenti Pal Şmit Azərbaycana rəsmi səfərə dəvətə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O, qeyd etdi ki, Macarıstan Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

Pal Şmitt bu gün çox mühüm danışıqların aparıldığını deyərək, ölkəsinin kənd təsərrüfatı, suvarma, suyun təmizlənməsi və digər sahələrdə böyük təcrübəyə malik olduğunu söyləyib. Macarıstan prezidenti onu da qeyd etdi ki, bu gün bütün Avropanın diqqəti enerji ehtiyatları ilə zəngin olan Azərbaycana yönəlib. Pal Şmit ölkələrimiz arasında mədəniyyət, təhsil, elm, ticarət  sahəsində əməkdaşlığın müasir vəziyyəti və perspektivlərindən də danışıb və əmin olduğunu bildirib ki, bu gün imzalanan sənədlər 2 ölkə arasında  əlaqələrinin daha da genişlənməsinə yeni stimul verəcək.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (02.12.2016) :
Yağış Gecə : 3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7318 | Satış: 1.801

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.7901 | Satış: 1.9094
AzTV TƏQDİM EDİR