Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Pal Şmittin təkbətək görüşü

11-11-2011 | 13:14        

  

 Noyabrın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Macarıstan Respublikasının Prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR