Cəmiyyət

I VƏ V siniflər üçün dərsliklər yenidən hazirlanir

11-11-2011 | 13:05        

  

Növbəti tədris ili üçün  I və V sinif dərslikləri yenidən hazırlanır.   Bununla bağlı Təhsil Nazirliyinin elna etdiyi təkliflərin qəbulu artıq başa çatıb.  

1-ci sinif şagirdləri üçün kurikulum əsasında yeni dərsliklər 2008-ci ildə hazırlanıb. Bu il həmin dərsliklərin istifadə müddəti bitir.  5-ci sinif dərsliklərinin yenidən hazırlanması isə gələn ildən bu sinifdə kurikulumun tətbiq edilməsi ilə bağlıdır. Artıq yeni dərsliklərin hazırlanması ilə bağlı təkliflərin qəbulu başa çatıb. Növbəti mərhələdə həmin təkliflər əsasında dərslik komplektləri hazırlanaraq Təhsil Nazirliyinin qiymətləndirmə şurasına təqdim olunacaq.  Gələn tədris ilində isə   hər iki sinif şagirdləri yeni dərsliklərdən istifadə edəcəklər. Dərsliklərin məzmununda da dəyişikliklər olacaq.  

Kurikulum əsasında yeni dərsliklərin hazırlanması hər il davam edəcək. Bir neçə ildən sonra 11-ci sinif dərslikləri də kurikulum əsasında hazırlanacaq. Xatırladaq ki, orta məktəblərdə kurikulumun tətbiqi "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası" əsasında həyata keçirilir.