Siyasət

Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin genişləndirilməsi ilə bağlı qətnamə layihəsi təqdim edib

11-11-2011 | 12:58        

  

Azərbaycan və Ruanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin genişləndirilməsi ilə bağlı qətnamə layihəsi təqdim edib. Sənəd noyabrın 10-da BMT Baş Assambleyasının 66-cı sessiyasının 3-cü Komitəsinin iclasında açıqlanıb. Azərbaycanın BMT-də daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev bildirib ki, Azərbaycan da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv olmaq istəyir. Səfir onu da deyib ki, Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının proqramına tamamilə sadiqdir. Azərbaycan Qaçqınların Statusuna dair 1951-ci ildə qəbul edilmiş Konvensiyaya və 1967-ci ildə qəbul edilmiş Protokola qoşulub. 1999-cu ildən 2007-ci ilədək Azərbaycan Daimi Komitədə müşahidəçi qismində iştirak edib. Nümayəndə onu da qeyd edib ki, Azərbaycan qaçqınların vəziyyətinin həm beynəlxalq və regional əməkdaşlıq yolu ilə, həm də milli səviyyədə yaxşılaşdırılmasına çalışır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (30.09.2016) :
Yağış Gecə : +13+15 | Gündüz: +18+20
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR