Siyasət

MDB Gömrük Xidməti Rəhbərləri Şurası hüquq mühafizə bölməsi rəhbərləri Komitəsinin 7-ci iclası öz işinə başlayıb

11-11-2011 | 12:53        

  

Almatıda MDB Gömrük Xidməti Rəhbərləri Şurası hüquq mühafizə bölməsi rəhbərləri Komitəsinin 7-ci iclası öz işinə başlayıb. İclasa ölkəmizlə yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, həmçinin MDB İcraiyyə Komitəsi, Latviya və Estoniyanın müvafiq qurumlarının nümayəndələri qatılıb. Tədbirdə 2011-ci ildə gömrük xidməti hüquq mühafizə bölmələrinin birgə tədbirlər Planının həyata keçirilməsi, gömrük sahəsində qaçaqmalçılıq kanallarının bağlanması, cinayətkarlıq hallarının üzə çıxarılması və qarşısının alınması üzrə görülən işlərə yekun vurulacaq. Bundan başqa, gömrük sahəsində cinayətkarlıqla mübarizə üzrə MDB Dövlətlərarası Proqramının həyata keçirilməsinin nəticələri də müzakirə ediləcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (06.12.2016) :
Qar Gecə : 1+3 | Gündüz: +3+5
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.733 | Satış: 1.803

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.784 | Satış: 1.9029
AzTV TƏQDİM EDİR