İqtisadiyyat

Sabah ”WorldBuild Azerbaijan-2018” Beynəlxalq İnşaat sərgisi açılacaq

22-10-2018 | 12:55        

  

Sabah “Bakı Ekspo” mərkəzində “Xəzər inşaat həftəsi” çərçivəsində 24-cü Beynəlxalq İnşaat sərgisi açılacaq. Sərgidə 22 ölkədən 300-dən çox şirkət təmsil olunacaq.

“WorldBuild Azerbaijan-2018” sərgisi tikinti, memarlıq, layihələndirmə və xidmət sahəsində regionun ən peşəkar və böyük tədbiridir. Hər il müxtəlif ölkələrdən mütəxəssislər sərgini ziyarət edir, yeni biznes əlaqələri yaradırlar. Sərgidə bu il də inşaat sektorunda son texniki uğurlar nümayiş etdiriləcək. İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi, “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçiriləcək sərgidə bir sıra ölkələr, o cümlədən Almaniya, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələr milli pavilyonları ilə təmsil olunacaq. Ziyarətçilərin 40 faizdən çoxu yerli şirkətlərdir. Bir çox aparıcı beynəlxalq tikinti şirkətləri də sərginin daimi iştirakçıları arasındadır.

“Xəzər inşaat həftəsi” çərçivəsində 11-ci Beynəlxalq İstilik, havalandırma, kondisionerləşdirmə, su təchizatı, santexnika və üzgüçülük hovuzu” sərgisi də açılacaq. Sərgi çərçivəsində müxtəlif seminar və təqdimatlar olacaq.