Mədəniyyət

Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərciyə yekun vurulub

22-10-2018 | 11:21        

  

Moskvada Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı, Moskva hökuməti və Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən “Azərbaycanın payız sovqatları” adlı şəhərciyə yekun vurulub.

“Azərbaycanın payız sovqatları” adlı şəhərcikdə mədəniyyətimizin tanıtımı çərçivəsində konsert və sərgilər, həmçinin, Azərbaycanın müxtəlif milli sənətkarlıq nümunələrinin hazırlanması, milli rəqslər, ustad dərsləri təşkil olundu. Şəhər sakinlərinə “I Love Baku” milli suvenir brendi və Heydər Əliyev Fondunun müxtəlif nəşrləri, milli musiqidən ibarət konsert proqramı təqdim edildi.

Bağlanış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev yerli məhsulların nümayişi üçün yaradılan şəraitə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Azərbaycanın Rusiyadakı səfirliyinə, Moskva hökumətinə və Azərbaycanın İqtisadiyyat nazirliyinə təşəkürünü bildirdi. Vurğulandı ki, Moskva höküməti bu cür tədbirlərin ənənəyə çevrilməsini dəstəkləyir. Sonda Azərbaycanın payız sovqatları şəhərciyinin təşkilində iştirak edən şirkət nemayəndələrinə və əməyi keçənlərə təşəkkürnamələr təqdim olund