Siyasət

Bələdiyyələr daşınmaz əmlak barədə məlumatı dövlət reyestrindən alacaq

19-10-2018 | 13:24        

  

Bələdiyyələr qanunvericilyə edilən dəyişiklikdən sonra daşınmaz əmlak barədə məlumatı dövlət reyestrindən alacaq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarından sonra “Yerli Bələdiyyələr və ödənişlər haqqında” qanuna da dəyişiklik olunur. Dəyişiklik Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə edilib.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun tətbiqi ilə bağlı “Yerli Bələdiyyələr və ödənişlər haqqında” qanuna dəyişiklik olunur. Dəyişikliyə əsasən, qanunda nəzərdə tutulmuş vergilərin yığılması üçün  bələdiyyələr ərazilərində yerləşən vergitutma obyektlərinin müəyyənləşdirilməsi məqsədilə məlumatı qanunla müəyyənləşdirilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrindən alacaqlar. Dəyişikliyin vacibliyini vurğulayan Milli Məclisin Regional məsələlər komitəsininin sədri Arif Rəhimzadə bildirdi ki, daşınmaz əmlakdan vergi, bələdiyyə büdcəsinə gələn əsas gəlir mənbələrindən biri olmalıdır. İndiyədək bu prosesin aparılmamasının səbəbi bələdiyyələrdə əhalinin ixtiyarındakı daşınmaz əmlakın sahəsi barədə məlumatın olmamasıdır.

Nazirlər Kabinetinin sözügedən məsələ ilə bağlı qəbul etdiyi qərarında göstərilir ki, bələdiyyələr yazılı və ya elektron sorğu əsasında müraciət  edəcək. Reyestr də müəyyən edilmiş qaydada və ödəniş əsasında daşınmaz əmlak barədə tam məlumatı təqdim bələdiyyələr göndərəcək. Elektron müraciət edildikdən sonra 3 gün ərzndə məlumat təqdim olunur. Lakin bələdiyyə böyük bir ərazinin məlumatını almaq istəyirsə, bununla bağlı ilin əvvəlində müraciət edəcək və iyunun 1-dək istənilən məlumatlar bələdiyyələrə göndəriləcək. İclasda “Bələdiyyələrin satusu” və “Bələdiyyələrin maliyyəsinin əsasları” haqqıda qanunlara təklif edilən dəyişikliklərə də baxıldı və məqbul sayıldı.