İqtisadiyyat

"The Guardian: “Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir”

19-10-2018 | 13:18        

  

Qubanın dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir. Bu fikir İngiltərənin məşhur "The Guardian" nəşrində dərc olunan məqalədə yer alıb. Qeyri-adi macəra yaşamaq istəyənlər üçün Avropanın 10 ən yaxşı məntəqəsinin siyahısını tərtib edən "The Guardian" hər bir məkan haqqında məlumat və fotoşəkil də dərc edib. Xınalıq haqqında məlumatda bildirilir ki, Azərbaycanın ən yüksək kəndi Qafqaz dağlarının zirvəsində yerləşir, əhalisi heyvandarlıqla məşğul olur. Məqalədə sıldırım qayalar arasından, dərin dərələrdən keçən Xınalıq yolunun turistlərə ekstrim yaşatdığı vurğulanır. Diqqətə çatdırılır ki, bu kənd UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Kənd ərazisi dövlət tarix-memarlıq və etnoqrafik qoruq elan olunub.