Siyasət

“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 69-cu kitabı çapdan çıxıb

19-10-2018 | 12:50        

  

Azərbaycan Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan “İnkişaf məqsədimizdir” çoxcildli kitabının bu cildində Bakı-2015 1-ci Avropa oyunları ərəfəsində paytaxt sakinləri və şəhərimizin qonaqları üçün Heydər Əliyev Fondunun layihəsi olan yeni mədəniyyət obyektinin, Dövlət Bayrağı Meydanı ərazisində muzeyin, Azərbaycan Evinin açılışları, həmçinin fəaliyyətə başlayacaq YARAT Müasir İncəsənət Mərkəzi ilə tanışlıq, Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun daha bir layihəsi olan yeni ekspozisiya mərkəzi, ölkəmizin təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə edən “20-21-ci əsr Azərbaycan rəngkarlığı” ekspozisiyasının, Bayıl bulvarının açılışları, Avropa oyunları parkının qarşısında yaradılan şəraitlə tanışlıq və digər idman və mədəniyyət mərkəzlərinin açılışına həsr olunan toplantılarda çıxış və nitqləri yer alıb. Kitabda, həmçinin Bakı-2015 1-ci Avropa oyunlarının təntənəli açılışı zamanı dövlət başçısının geniş nitqi, bu məqsədlə ölkəmizə gələn müxtəlif ölkələrin dövlər və hökumət rəhbərləri ilə görüş və danışıqlarına, ölkə başçısının İtaliyaya igüxar səfəri zamanı burada keçirilən beynəlxalq sərgidə iştirakına dair materiallar da toplanıb. Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 69-cu kitabındakı materiallar 2015-ci ilin mayından iyul ayınadək olan dövrü əhatə edir.