İqtisadiyyat

TANAP-la indiyədək 415 milyon kubmetr təbii qaz nəql edilib

19-10-2018 | 12:47        

  

Trans Anadolu qaz Boru Kəməri- TANAP-ın fəaliyyətə başladığı 30 iyun tarixindən indiyədək bu xəttlə 415 milyon kubmetr təbii qaz nəql edilib. Hazırda 7 ölkəni, Xəzər və Qara dənizlərini birləşdirən, gələcəkdə isə Balkan ölkələrini də birləşdirəcək Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri uğurla həyata keçirilir. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu zənciri olan Trans-Adriatik qaz boru kəməri- TAP-ın tikintisi üzrə işlərin 79 faizi icra olunub. Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün geniş imkanlar açacaq. Xəzər dənizinin hüquqi statusu haqqında imzalanan Konvensiya da Xəzər hövzəsinin karbohidrogen resurslarının işlənilməsi və enerji layihələrinin genişləndirilməsi istiqamətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyə imkan verən layihədir.