Cəmiyyət

MSK bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə hazırlıq çərçivəsində təlimlərə başlayır

11-11-2011 | 11:23        

  

Mərkəzi Seçki Komissiyası noyabrın 30-da keçiriləcək bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə hazırlıq çərçivəsində noyabrın 11-dən təlimlərə başlayır. Dairə seçki komissiyalarında fəaliyyət göstərən 168 təlimçi üçün təşkil olunacaq treyninqlərdə seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məşğələlər keçiriləcək. Bu seminarlar MSK-nın bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə bağlı hazırladığı maarifləndirmə proqramının layihələrindən biridir. Komissiyanın mətbuat xidmətinin məlumatına görə, qarşıdan gələn seçkilərdə “exit-poll” keçirməklə bağlı Komissiyaya müraciət daxil olmayıb. “Təqvim Planı”-na əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiyadan keçmək üçün sənədlərini quruma noyabrın 10-dək təqdim etməlidirlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.01.2017) :
Azbuludlu Gecə : +0+2 | Gündüz: +6+8
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.8311 | Satış: 1.9172

Rubl:
Alış: 0.0304 | Satış: 0.0325

Avro:
Alış: 1.9266 | Satış: 2.0563
AzTV TƏQDİM EDİR