İqtisadiyyat

Küveytli ekspert Azərbaycan turizmi ilə bağlı yeni bələdçi kataloqu hazırlayıb

18-10-2018 | 11:01        

  

Ərəb Turizm Təşkilatının eksperti Azərbaycan turizmi ilə bağlı yeni bələdçi kataloqu hazırlayıb. Kataloqda ölkəmizin ən mühüm turizm məkanları, mehmanxanalar, restoranlar, ticarət və əyləncə mərkəzləri haqqında PDF formatında geniş məlumat yerləşdirilib.

Ərəb Turizm Təşkilatının elektron turizm üzrə eksperti, küveytli bloqqer Xalid əl-Vəsmi ölkəmizin turizminə dair ərəb dilində 40 səhifəlik rəngli illüstrasiyalı bələdçi kataloqu hazırlayıb. Ölkəmizə gələn turistlər üçün zəngin informasiya mənbəyi olan və müasir tərtibatda nəşr edilən kataloqda Bakı, Şəki, Quba, Qusar, Qəbələ və Gəncə şəhərlərinin məşhur turizm istiqamətləri, küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerləri, tarixi məkanları, mədəniyyət ocaqları, muzeylər, teatr və konsert müəssisələri, idman və sərgi kompleksləri haqqında məlumatlar yerləşdirilib. Azərbaycanın interaktiv xəritəsində ölkənin ən mühüm turistik məkanları, mehmanxanalar, restoranlar, ticarət və əyləncə mərkəzləri, eləcə də ölkəmiz haqqında PDF formatında bütün məlumatlar geniş əksini tapıb. Xəritənin ingilisdilli variantının 150 min, ərəb dilində olan versiyasının isə 400 mindən çox izləyicisi var.