Siyasət

Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyasında iştirak edir

18-10-2018 | 10:51        

  

Azərbaycan İsveçrənin Cenevrə şəhərində keçirilən dünyanın ən böyük parlament qurumu olan Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyasında təmsil olunur.  Bir çox ölkədən 1300-dən artıq deputatın və parlament nümayəndələrinin iştirak etdiyi tədbirdə “Texnoloji dəyişiklik və innovasiya dövründə sülh və inkişafın təşviqində parlamentlərin rolu” mövzusu ətrafında fikir mübadiləsi aparılır. Həmçinin Assambleyanın müxtəlif komitələrində sülh və beynəlxalq təhlükəsizlik, insan hüquqları, miqrasiya, dayanıqlı inkişaf məqsədləri kimi mövzulara aid məsələlər müzakirə olunur.  Ümumi müzakirələrlə yanaşı, Azərbaycanın nümayəndə heyəti Assambleya çərçivəsində təşkil edilən Gənc Parlamentarilər Forumunda da iştirak edib. Assambleya çərçivəsində təmsilçilərimiz həmçinin Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşüb. Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Bundan əlavə bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşlər keçirilib.