Digər

Tbilisidə “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü”nə həsr olunan konfrans keçirilib

17-10-2018 | 15:05        

  

Tbilisidə “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü”nə həsr olunan konfrans keçirilib. Tədbirdə Azərbaycanın dövlətçilik tarixi və müstəqillik uğrunda mübarizəsindən danışılıb. Bildirilib ki, 1991-ci i il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Vurğulanıb ki, müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə, parçalanmaq təhlükəsi ilə üz-üzə qalıb. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz edib. Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gürcü politoloqlar xalqımızı bayram münasibətilə təbrik ediblər. Çıxışçılar müstəqillik illərində Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin inkişafından da söz açıblar.