Rəsmi xronika

Prezident İlham Əliyev İsrail dövlətinin milli infrastruktur naziri Uzi Landaunu qəbul edib

10-11-2011 | 17:03        

  

Prezident İlham Əliyev noyabrın 10-da İsrail dövlətinin milli infrastruktur naziri Uzi Landaunu qəbul edib.

Nazir Uzi Landau İsrail dövlətinin Prezidenti Şimon Peresin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, sənaye, infrastruktur sahələri ilə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Prezident Şimon Peresin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İsrail dövlətinin başçısına çatdırmağı xahiş edib.